Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

4 ay sonra meyiti tapılan neftçi dəfn edildi (FOTO)
4 ay sonra meyiti tapılan neftçi dəfn edildi (FOTO)
12 Aprel 2017 / 13:19 / Baxış sayı: 296
Font1 Font2 Font3 Font4

Cavid Bəhramov ötən ilin dekabrında itkin düşmüşdü

Dənizdən meyiti tapılan neftçi Cavid Bəhramov doğulduğu Qaradağ rayonunun Qobustan qəsəbəsində dəfn edilib. İstiPress-in məlumatına görə, ötən ilin dekabr ayında üzərində neftçilərin olduğu estakadanın dənizə uçması nəticəsində itkin düşən 1967-ci il təvəllüdlü Cavid Bəhramovun meyiti aprelin 9-da tapılmışdı.

Xatırladaq ki, ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Nəticədə Neft-Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

İndiyə qədər doqquz nəfərin meyiti tapılıb:

Operator İlham Qafarov (faciədən dərhal sonra),

Həsənağa Hacıəliyev – Sahil qəsəbəsinin sakini, 1956-cı il təvəllüdlü (fevralın 1-də)

1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu (fevralın 17-də)

1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlu (fevralın 28-də)

1957-ci il təvəllüdlü mexanik Elçin Həsənov (martın 4-də)

1971-ci il təvəllüdlü maşinist Ramiz Abbasov (martın 13-də)

Maşinist Güloğlan Zülfüqarov (martın 20-i)

Operator Azay Zülfüqarov (aprelin 6-ı)

1967-ci il təvəllüdlü Cavid Bəhramov (9 aprel)

Dekabr ayında baş verən faciənin bir qurbanı – operator Samir Əsədovun meyiti qalıb.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə