Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məscidin söküntüsünə etiraz edən dindarlar küçədə kütləvi namaza başladı – VİDEO
Məscidin söküntüsünə etiraz edən dindarlar küçədə kütləvi namaza başladı – VİDEO
12 Aprel 2017 / 13:37 / Baxış sayı: 1954
Font1 Font2 Font3 Font4

Bu dəqiqələrdə “Hacı Cavad” məscidinin sökülməsi xəbərlərindən narahat olaraq məscidin ətrafına toplaşmış yüzlərlə dindar küçədə kütləvi namaz qılır.

Virtualaz.org xəbər verir ki, polis küçədə kütləvi namaza müdaxilə etmir. Bununla belə daha əvvəl məscidin qarşısına toplaşanlar arasında bəzilərinin polis tərəfindən saxlanıldığı məlum olub.

Azərbaycanda dini etiqad barədə qanunvericiliyə ötən il edilmiş dəyişikliklərə görə ictimai yerlərdə, o cümlədən küçədə dini ritualların yerinə yetirilməsi qadağandır və qanunla sərt cəzalandırılır.

Virtualaz.org məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlayıb. İcra Hakimiyyətinin əməkdaşı bildirib ki, “Hacı Cavad” məscidinin söküləcəyi haqda rəsmi qərar yoxdur və baş verənlər barədə məlumatlı deyillər. Əməkdaşımız hazırda hadisə yerindədir və təfərrüatlar haqda daha sonra məlumat saytda yerləşdiriləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə