Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məscid etirazı – Baş nazirin müavini hadisə yerində
Məscid etirazı – Baş nazirin müavini hadisə yerində
12 Aprel 2017 / 13:42 / Baxış sayı: 500
Font1 Font2 Font3 Font4

Bakıda “Hacı Cavad” məscidinin söküləcəyi haqda xəbərlərə görə məscidin qarşısına toplaşan yüzlərlə dindarın kütləvi namazı başa çatıb. Polis namaza müdaxilə etməyib. Baş nazirin müavini Yaqub Eyyubov və Yasamal rayon icra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hazırda hadisə yerindədir. Lakin onlar jurnalistlərə açıqlama verməkdən imtina ediblər.

Məscidin qarşısına toplaşan sakinlər deyirlər ki, “Hacı Cavad” məscidinin “Sovetski” məhəlləsində yenidənqurma işləri ilə bağlı söküləcəyini eşidiblər. Bu səbəbdən məscidin qarşısına toplaşıblar və söküntüyə imkan verməməyə çalışacaqlar. Sakinlər deyiblər ki, yaxınlıqdakı “Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidi gecə ilə qəfil sökülüb, bu səbəbdən “Hacı Cavad” məscidinin də qəfil söküləcəyi onları narahat edib.

Bunu Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov isə bildirib ki, Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidəki “Hacı Cavad” məscidinin heç bir qeydiyyatı yoxdur. (APA) O qeyd edib ki, həmin ərazidəki bütün tikililər plana düşüb: “Məscid kimi fəaliyyət göstərən həmin tikili də plana düşənlər siyahısındadır. Tikilinin aqibəti ilə nə qərar qəbul ediləcəksə, o da olacaq”.

S. Bağırov sözügedən ərazidə gərginliyin artması barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib: “Mən də həmin ərazidəydim, heç bir gərginlik yoxdur. Qanun nə tələb edirsə, o da olacaq”.

Qeyd edək ki, Bakının “Sovetski” adlanan ərazisindəki “Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidi sökülüb, “Hacı Cavad” məscidinin isə sökülməsi nəzərdə tutulur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə