Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra Hakimiyyəti jurnalistin evini dağıtdı – Foto
İcra Hakimiyyəti jurnalistin evini dağıtdı – Foto
12 Aprel 2017 / 15:26 / Baxış sayı: 228
Font1 Font2 Font3 Font4

Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri jurnalist Hacı Zeynalovun 4-5 ildir min bir əziyyətlə tikdiyi və hələ başa çatdırmadığı evini dağıdıb.

arxiv.bizimxeber.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin dostları məlumat veriblər.  Jurnalistin ev tikməklə bağlı Abşeron rayon İcra Hakimiyyətinin razılıq sənədi, memarlığın təsdiq etdiyi sənədlərinin olduğu bildirilir.

Qeyd edilir ki, həmin sənədlər jurnalistə Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı Zakir Fərəcovun vaxtında verilib. Hazırda isə Abşeronun icra başçısı İradə Gülməmədovadır.

Jurnalistin dağıdılan evi Saray qəsəbəsində tikilib. Məlumata görə, o, evi tikdirmək üçün bir neçə dəfə bankdan kredit götürüb və hələ də həmin kreditləri ödəyə bilməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə