Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısı şəhidin həyat yoldaşını həbs etdirmək istəyir
İcra başçısı şəhidin həyat yoldaşını həbs etdirmək istəyir
12 Aprel 2017 / 16:24 / Baxış sayı: 494
Font1 Font2 Font3 Font4

“İcra başçısı Vidadi İsayev məni həbs etdirmək istəyir”. Bunu cebhe.info-ya Laçından olan məcburi köçkün, Qarabağ döyüşçüsü, şəhid Zöhrab Ələkbərovun həyat yoldaşı Yasəmən İsmayılova deyib. Y.İsmayılova bir neçə dəfə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin qəbuluna getdiyini, lakin icra başçısının onu qəbul etməkdən imtina etdiyini deyib. 

“Novruz bayramından sonra üç dəfə icra hakimiyyətinə getdim. Vidadi İsayevlə görüşmək istəyirdim. Aztəminatlı ailəyəm, özüm də xəstə. Məqsədim bu idi ki, icra başçısı həkimin mənə yazdığı dərmanları almaqda yardım etsin, ya da aidiyyatı yerlərə, şəxslərə bu barədə göstəriş versin. Dərmanlar çox bahadır, almağa maddi imkanım yoxdur. Amma icra başçısı məni dinləməmiş, problemin nə olduğunu bilmədən görüşmək istəmədi. Heç kabinetinə getmək üçün icra hakimiyyətinin qarşısındakı “polis səddi”ni keçə bilmədim.

Üçüncü dəfə gedəndə binanın qarşısında dayanmış polisə xatırlatdım ki, prezident şəhid və qaçqın ailələrinə yardım üçün bütün aidiyyatı qurumlara göstəriş verib. Vidadi İsayevin niyə məni qəbul etməkdən imtina etməsini soruşdum. Heç nə demədilər. Bu barədə prezidentə ərizə yazacağımı dedim, dedim ki, dövlət başçısına yazacağam ki, Vidadi İsayev heç şəhid ailələrini qəbul etmir, digər vətəndaşları necə qəbul edə bilər? Maraqlıdır ki, icra başçısı niyə prezidentə hörmət etmir, onun əmr və göstərişlərini yerinə yetirmir?”, – deyə Y.İsmayılova qeyd edib.

Şəhidin həyat yoldaşının sözlərinə görə, aprelin 10-da polis mayoru evlərinə gəlib: “Ayın 10-da polis mayoru evimizə gəldi, mənə dedi ki, guya icra başçısını söyüb, təhqir etmişəm, buna görə Vidadi müəllim məni məhkəməyə verəcək. Amma mən bilirəm ki, qabaqdangəlmişlik edirlər ki, heç yana şikayət yazmayım. Məni həbs etdirmək istəyirlər. Qəbula getmək istəyənləri həbs edirlər? Bu, hansı qanunda var? Sonradan yenə polis idarəsindən çağırdılar, bildirdilər ki, prezidentə müraciət etməyim, problemi öz aramızda həll edək”.

Qeyd edək ki, Yasəmən İsmayılovanın həyat yoldaşı Zöhrab Ələkbərov 1992-ci ildə Laçında Qaladərə adlanan yerdə gedən döyüşlərdə həlak olub. Şəhidin ailəsi Bərdə rayonunda yaşayır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə