Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda istirahət mərkəzi uçdu: 2 nəfər öldü – Yenilənir
Bakıda istirahət mərkəzi uçdu: 2 nəfər öldü – Yenilənir
12 Aprel 2017 / 17:01 / Baxış sayı: 1848
Font1 Font2 Font3 Font4

Bakıda binada baş verən uçqun hadisəsi nəticəsində ölən və yaralananların sayı açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.

2 nəfər isə hadisə yerində dünyasını dəyişib.

16:41

Bakı şəhərində bina uçub. Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib. Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə