Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Feysbuk Messencer-də M işə düşdü
Feysbuk Messencer-də M işə düşdü
13 Aprel 2017 / 18:37 / Baxış sayı: 336
Font1 Font2 Font3 Font4

Feysbuk sosial şəbəkəsi Feysbuk Messencer tətbiqində “M” rəqəmli köməkçisini istifadəyə verib.

“M” köməkçisi süni intellekt elementlərindən istifadə edir və danışığın məzmunundan asılı olaraq çatda ünsiyyət aparan həmsöhbətlərə müxtəlif əməliyyatlar təklif edə bilər. Məsələn, istifadəçilər gələcək görüş barəsində müzakirələr apardığı halda messencer xəritədə görüş yerini və vaxtı təyin etməklə həmsöhbətlərdən birinə plan təklif edəcək. Bundan başqa, rəqəmli köməkçi stikerlər göndərməyi, pul köçürməyi, olduğun məkanı paylaşmağı, “Lyft” və ya “Uber” xidmətləri üzərindən taksi sifariş etməyi, həmçinin səsvermə funksiyasını (bu funksiya qrup çatlarında əlçatandır) işə salmağı təklif edə bilər.

Rəqəmli köməkçi, həmçinin öyrənmək qabiliyyətinə malikdir. Bundan başqa, mobil qurğunun sahibi messencerin sazlamalarında “M” rəqəmli köməkçisini həmişəlik deaktiv edə bilər.

Hazırda “M” köməkçisi ABŞ-da “Facebook Messenger” mobil tətbiqinin “iOS” və “Android” istifadəçilərinə əlçatandır, amma müəyyən vaxtdan sonra “M” rəqəmli köməkçisinin imkanları genişləndiriləcək və başqa ölkələrdə də əlçatan olacaq. (ICTnews)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə