Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Silahlı dəstənin başçısı öldürüldü – Dağıstanda
Silahlı dəstənin başçısı öldürüldü – Dağıstanda
13 Aprel 2017 / 10:28 / Baxış sayı: 170
Font1 Font2 Font3 Font4

Dağıstanda qanunsuz silahlı dəstə başçısı İlyas Xəlilov öldürülüb.

“Report” xəbər verir ki, bunu Milli Antiterror Komitəsinin mətbuat xidmətinin nümayəndəsi Andrey Çatski deyib.

“O, çoxlu sayda silahlı cinayətlər törədib, Talqı kəndinin iki sakinini qətlə yetirib. Karamaxi kəndində hüquq-mühafizə orqanlarının əməkdaşlarına sui-qəsd edib, eləcə də terrorçu fəaliyyəti maliyyələşdirmək məqsədi ilə hədə-qorxu gələrək, sahibkarlardan iri məbləğdə pul alıb”, – deyə A.Çatski vurğulayıb.

Məlumata görə, aprelin 11-də gecə saatlarında Dağıstanın Kumtorkalin rayonunda avtomobil yolunda Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsi “Chevrolet” markalı avtomobili baxış keçirmək üçün saxlamağa cəhd göstərib. Ancaq avtomobildəkilər onlara avtomatik silahdan atəş açaraq, gizlənməyə çalışıblar. Atışma nəticəsində “Chevrolet” yanıb, maşındakı üç nəfər zərərsizləşdirilib.

İnformasiyaya əsasən, onların arasında İlyas Xəlilov da olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə