Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qubanın devrilmiş icra başçısı üzə çıxdı – İŞƏ DÜZƏLİB
Qubanın devrilmiş icra başçısı üzə çıxdı – İŞƏ DÜZƏLİB
13 Aprel 2017 / 11:35 / Baxış sayı: 4062
Font1 Font2 Font3 Font4
Əhalinin üsyanı nəticəsində vəzifədən getmiş Qubanın sabiq icra başçısı Rauf Həbibov bu günlərdə el arasına çıxıb. BakiPost.az xəbər verir ki, 2012-ci ildə evi yandırılan, rayondan qovulan keçmiş başçı Bakının Əmircan kəndində keçirilən yas mərasimində iştirak edib.
R.Həbibovun doğma bacısının yas məclisinə gəldiyi və qohumları ilə görüşdüyü xəbər verilir. Məlum hadisələrdən sonra hücrəsinə çəkilən eks-başçı qohum-əqrəbası ilə də mütəmadi əlaqə saxlamırmış. Lakin bacısının vəfatı ilə əlaqədar həm dəfn mərasimində, həm hüzrdə iştirak edib. Bacısının rəhmətə getməsinə qədər isə qohumlardan heç kəslə əlaqəsi olmayıb.
Məlumatda deyilir ki, R.Həbibov Qubaya rəhbərlik etdiyi dövrdə də qohumları ilə sıx təması olmayıb. Həmin olaylar isə onu yaxınlarından daha da uzaqlaşdırıb. Sabiq icra başçısının vəzifədən kənarlaşdırılmasından sonra uzun müddət işsiz qaldığı, lakin ötən ildən Heydər Əliyev adına Dərin Dəniz Özülləri zavodunda işlə təmin olunduğu bildirilir.
Xatırladaq ki, R.Həbibov 1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb.
1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, “Günəş” kiçik müəssisəsinin direktoru, “Müstəqil Balbelan” müəssisəsinin direktor müavini vəzifələrində işləyib.
1 oktyabr 2007-ci ildə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2012-ci il fevralın sonlarında R.Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq mart ayının 1-də Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirilib.
Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirib. 2 mart 2012-ci ildə vəzifəsindən azad edilib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə