Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyada qadınlar üçün zirehli gödəkcə yaradıldı
Rusiyada qadınlar üçün zirehli gödəkcə yaradıldı
13 Aprel 2017 / 18:26 / Baxış sayı: 348
Font1 Font2 Font3 Font4

Rusiyalı mütəxəssislər qadınlar üçün nəzərdə tutulmuş unikal zirehli gödəkcə yaradıblar.

İKT.lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumata görə, yeni gödəkçə vasitəsilə hüquq-mühafizə orqanlarında xidmət edən zərif cinsin nümayəndələrinin təhlükəsizliyini gücləndirmək mümkün olacaq.

“Hazırda hüquq-mühafizə orqanlarında işləyən qadınların sayı əhəmiyyətli dərəcədə artıb. Bununla əlaqədar olaraq, zərif cinsin nümayəndələri üçün xüsusi müdafiəsi məsələ gündəmə gəlib. Hazırda yeni zirehli gödəkçənin “Liqa” adlanan ilk prototip mövcuddur. Artıq bu tərtibat son sınaqlardan keçirilir”, – deyə tərtibatçılar bildirib. Onların sözlərinə görə, hazırda şəxsi müdafiə üzrə dünya bazarı təxminən 1,9 milyard dollar dəyərində qiymətləndirilir. Yaxın 10 il ərzində bu rəqəm 50 faizdən çox artacaq.

Zirehli gödəkcənin hazırlanması ilə Rusiyanın Polad Elmi-Tədqiqat İnstitutu məşğul olub. Mütəxəssislərin sözlərinə görə, geyim zərif cinsin nümayəndələrinin bədən formasını təkrarlayacaq ki, bu da onu daha rahat edəcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə