Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qubada aşan sərnişin avtobusundakı yaralıların adları – YENİLƏNİB
Qubada aşan sərnişin avtobusundakı yaralıların adları – YENİLƏNİB
13 Aprel 2017 / 13:39 / Baxış sayı: 502
Font1 Font2 Font3 Font4
Quba rayonunda dərəyə aşan mikroavtobusda yaralananların adları məlum olub.
Quba Rayon Mərkəzi Xəstəxanasından “Report”un Şimal bürosuna verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır: “Avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər xəstəxanaya gətirilib. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.
Digər üç yaralı – Quba rayon sakinləri, 1990-cı il təvəllüdlü Ürfan Ürfulla oğlu Həmidovun, 1989-cu il təvəllüdlü Eldar Sarıb oğlu Qədimovun və 1972-ci il təvəllüdlü Hürriyyət Rəhman qızı Teyyubovanın vəziyyətləri ağır olduğu üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib”.
***
 12:35

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində hərəkətdə olan, Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə