Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ucarda “Azərpoçt”-un rəisi məktubların içini niyə dəyişir? – ŞOK ŞİKAYƏT
Ucarda “Azərpoçt”-un rəisi məktubların içini niyə dəyişir? – ŞOK ŞİKAYƏT
13 Aprel 2017 / 14:33 / Baxış sayı: 2806
Font1 Font2 Font3 Font4

Bu günlərdə Ucar rayon sakini Natiq Quliyev adlı şəxs  arxiv.bizimxeber.az -a olduqca maraqlı faktlarla dolu şikayət məktubu göndərib. Ucar sakini eyni məktubu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, surətini isə  Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnoloğiyalar naziri cənab Ramil Quluzadəyə ünvanlayıb.

Məktubda qeyd olunan faktları ixtisarsız təqdim edirik…

Hörmətli redaksiya rəhbərliyi:

Yazıb sizə bildirirəm ki, “Azərpoçt” MMC-nin Ucar filialının rəisi Natiq Məmmədov qanunsuz əməlləri ilə vətəndaşlar arasında ciddi narazılıqlar yaradır. Ucar rayon sakinlərinin Bakıya müxtəlif orqanlara göndərdiyi şikayət məktubları Natiq Məmmədov tərəfindən açılaraq oxunur və məzmunu dəyişdirilib təşəkkür məktubu halına salınır.

Diqqət edin!

Rayon sakini üzləşdiyi qanunsuzluğa görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şikayət məktubu göndərir. Poçtun rəisi Natiq Məmmədov isə həmin məktubu açıb oxuyub məzmununu dəyişdirib təşəkkür yazıb oxşar imza edib həmin məktubu prezidentə göndərir. Bununla da həmin vətəndaş narazı qaldığı vəzifəli şəxsdən şikayət yox, prezidentə minnətdarlıq etmiş olur ki, çox sağ olun ki, Ucar rayonunda belə bir vəzifəli şəxsləe var. \

Vətəndaş belə saxtakarlığın Azərbaycanın heç bir poçtunda olmadığını qeyd edərək əlavə edir ki, Ucar poçtundan məktub göndərmək üçün şəxsiyyət vəsiqəsi tələb olunur və alınıb 1 gün orada saxlanılır. Ucar rayon sakinləri bütün bu qanunsuzluqlara görə, qonşu rayonlara gedib oradan poçt xidmətindən istifadə etmək məcburiyyətində qalırlar.

Buna görə rayon sakinləri əziyyət çəkirlər. Natiq Məmmədovun həyat yoluna baxanda onun süpürgəçi vəzifəsinə belə yaramadığı aydın olur.

O, ilk olaraq evlər idarəsində müdir, sonra Ucar Qaz İdarəsində müdir, bundan sonra Ucar rayon Əhalinin Sosial Müdafiə Mərkəzində, ən axırıncı isə Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müdir müavini vəzifəsində işləmişdir. Adlarını qeyd etdiyimiz bütün vəzifələrdən yol verdiyi ciddi nöqsanlara görə qovulmuşdur. Onun əmək kitabçasının ləkəli olmasına baxmayaraq, yenidən ixtisasına uyğun olmayan sahəyə “Azərpoçt” MMC-nin Ucar filialının rəisi vəzifəsinə təyin etdilər. Bu saxtakarın himayədarı qohumu keçmiş deputat Elton Məmmədovdur.

Ona verdiyi rüşvətin hesabında ləkəli əmək fəaliyyəti ilə yenədə rəhbər vəzifə tuta bilmişdir.Belə yaramazlığın ağır nəticəsini isə biz rayon sakinləri çəkirik.

Narazı vətəndaş sonda mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Rabitə və Yüksək Texnoloğiyalar naziri cənab Ramin Quluzadəyə müraciət də edib. Xahiş edirəm  “Azərpoçt” MMC-nin Ucar filialının rəisi Natiq Məmmədovun barəsundə ciddi tədbirlər görüb onu yaramadığı vəzifədən kənarlaşdırasınız.

Yazı hazırlanarkən Azərpoçt” MMC-nin Ucar filialının rəisi Natiq Məmmədovla əlaqə saxlayıb səsləndirilən ittihamlara aydınlıq gətirmək istədik. Lakin (+994 2021) 3-00-22 nömrəli telefonu qaldıran olmadı.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

arxiv.bizimxeber.az
İlkin

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə