Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yenə Suriya, yenə kimyəvi silah
Yenə Suriya, yenə kimyəvi silah
13 Aprel 2017 / 14:31 / Baxış sayı: 708
Font1 Font2 Font3 Font4

Bu dəqiqələrdə Suriya ordusunun Baş qərargahı xüsusi bəyanatla çıxış edərək bildirib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Deyr-əz-Zr əyalətində İŞİD-in nəzarətində olan kimyəvi silah anbarına aviazərbələr endirib. Nəticədə yüzlərlə adam, o cümlədən mülki sakinlər ölüb. Aviazərbələrin Deyr-əz-Zor əyalətinin Calta rayonuna endirildiyi iddia edilir. Lakin bu məlumat hələlik müstəqil mənbələr tərəfindən doğrulanmayıb.

Bundan əvvəl Suriya rejimi İdlib əyalətində üsyançıların nəzarətində olan Xan Şeyxun qəsəbəsinə kimyəvi silah hücumu həyata keçirib. Nəticədə azyaşlılar da daxil olmaqla 100-dən çox adam həlak olub. Buna cavab olaraq ABŞ Suriya ordusunun aviabazasına “Tomoqavk” zərbələri endirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə