Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Özbəklərlə azərbaycanlılar arasında kütləvi dava
Özbəklərlə azərbaycanlılar arasında kütləvi dava
13 Aprel 2017 / 15:25 / Baxış sayı: 448
Font1 Font2 Font3 Font4

Aprelin 8-də Rusiyanın Nijniy Taqil şəhərində azərbaycanlılarla Orta Asiyadan gəlmiş bir qrup şəxs arasında kütləvi dava olub.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, “Binnətin yanı” kafesində dalaşan şəxslərin əksəriyyətinin idmançı olduğu və təkbətək döyüş növləri ilə məşğul olduqları bildirilir.

Dava nəticəsində bir neçə Özbəkistan vətəndaşı yaralanıb, onlardan birinin isə bədənində ağır yaraların olduğu xəbər verilir. Şahidlərin sözlərinə görə, dava kafeyə 5 maşınla 20 azərbaycanlının gəlməsindən sonra başlanıb. Onlar qonşu stolda əyləşmiş özbəkləri davaya təhrik ediblər və rişxəndə dözə bilməyən özbəklər azərbaycanlılarla əlbəyaxa olublar.

Hüquq-mühafizə orqanları da faktı təsdiqləyib. Mənbə bildirir ki, növbətçi hissəyə bu barədə məlumat daxil olan kimi hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Polisin araşdırmasından sonra məlum olub ki, hadisə kafedə dincələn qızlardan birinə digər tərəfin sataşmasından sonra başlayıb. Qız öz tanışlarına kömək üçün müraciət edib. Polis qeyd edir ki, münaqişə tərəflərinin hər birindən izahatlar götürülüb və onlar bir-birindən şikayətçi olmayıblar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə