Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yoxsullara kartof paylayan Əhmədinejadın həmləsi: hədəf dini liderdir?
Yoxsullara kartof paylayan Əhmədinejadın həmləsi: hədəf dini liderdir?
13 Aprel 2017 / 15:54 / Baxış sayı: 256
Font1 Font2 Font3 Font4

İranın keçmiş prezidenti Mahmoud Ahmadinejad-ın prezident seçkisinə qatılmaq qərarı İranda çaşqınlıq yaradıb. Axı, ölkənin ali dini lideri Əli Xamneyi onu ötən il bunu etməməyə çağırmışdı. «The Financial Times» yazır ki, bu qərar 19 may seçkisində mərkəzçi prezident Həsən Ruhanini postdan uzaqlaşdırmağı hədəfləyən sərt-xətt tərəfdarlarının işini çətinləşdirə bilər.

Düzdür, siyasi təhlilçilər Mühafizə Şurasının Əhmədinejadı seçkiyə buraxacağına şübhə edirlər. Amma, yenə də, onun bu addımı istənilən halda mühafizəkarlara problem yarada bilər. Əhmədinejad çərşənbə günü qeydiyyatdan ötrü sənədlərini verəndən sonra deyib ki, «İran xalqının nökəridir»: «Hamımız proqres, ədalət və azadlıq uğrunda birləşməliyik. Gələcəyə böyük ümid bəsləməliyik».

Əli Xamneyi isə hələ ötən il deyirdi ki, bir nəfərdən namizədliyini verməməyi istəyib, çünki bu, məqsədəuyğun deyil və İran siyasətini qütbləşdirə bilər.2005-2013-cü illərdə prezident olmuş Əhmədinejad yoxsullar arasında populyardır. Amma 2009-cu ildə təkrar seçiləndə rejimə qarşı itaətsizlik baş verib, müxalifət onun kütləvi saxtakarlıqla qalib gəldiyini bildirib. O zaman Xamneyi prezidenti dəstəkləmiş, saxtakarlıq iddialarını rədd etmiş, öz baxışlarının digər siyasətçilərə nisbətən Əhmədinejada daha yaxın olduğunu dilə gətirmişdi.

Amma sonra Əhmədinead yenə də ali dini liderin qaydalarına əməl etmədi.

Çərşənbə günü sərt-xətt tərəfdarları dərhal onun qərarını pisləyiblər. Keçmiş tərəfdarı olan Elyas Naderan Twitter-də yazıb ki, Əhmədinejadın sonu gəlir. «Onun əsas hədəfi Həsən Ruhani deyil, ali dini liderdir. O bilir ki, seçkiyə buraxılmayacaq, amma özünü, ali dini lider dünyasını dəyişəndən sonra siyasi liderə çevrilə biləcək müxalifət lideri kimi aparır, gələcəyə sərmayə qoyur», – islahatçı xətt tərəfdarı olan təhlilçi deyir.

Əhmədinejad bu yaxınlarda «bəzi adamların təbiətindəki sülalə» xislətini tənqid etmişdi. Bu tənqidi çoxları 77 yaşlı ali dini lideri Xamneyiyə hücum kimi yozdular.

Sərt xətt tərəfdarları nüfuzlu ruhani İbrahim Rəisini lider kimi görürlər. O, hələ rəsmi qeydə alınmayıb, amma bəziləri onun Əhmədinejad tərəfdarlarının dəstəyini qazanmaq üçün populist siyasətə əl atdığını düşünürlər. Məsələn, Əhmədinejad parlament seçkisindən öncə yoxsullara kartof paylayırdı, Rəisi isə un paylayır.

Mühafizəkarlara yaxın siyasətçi Əmir Möhebbian Rəisinin sərt-xətt düşərgəsindəki saysız problemləri üstələyəcəyinə şübhə edir: «Əhmədinejad öz maxinasiyaları ilə Rəisinin görünməsinə imkan verməyəcək. Onun qatılacağı seçki döyüş filminə bənzəyəcək ki, bunun da komediya, yaxud tragediyaya çevriləcəyi bəlli deyil».

Əhmədinejad isə namizəd olmaq istəyini keçmiş vitse-prezident Həmid Baqayini dəstəkləmək niyyətilə izah edib. Vaxtilə, 2013-cü ildə keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani də oxşar addım atmış, namizədliyi qeydə alınmamış, daha sonra seçki kampaniyasında Həsən Ruhanini dəstəkləmişdi.

«Stratfor» Təhlil Mərkəzi yazır ki, Əhmədinejad Mühafizlər Şurasını qəribə duruma salıb. Şura keçmiş prezidentin, yoxsa onun vitse-prezidentinin namizədliyini təsdiqləmək qərarını verməlidir. Əhmədinejad seçkiyə buraxılmasa, tərəfdarları Baqeyi ətrafında toplaşacaq. Heç birinin namizədliyi qeydə alınmasa, onları dəstəkləyən populist dairələr arasında itaətsizlik yaranar.

«Ən vacibi odur ki, onun namizəd olmaq istəyi İranın çıxılmaz siyasi durumda olduğunu üzə çıxarır. Xamneyi 30 ilə yaxındır ölkənin siyasi sistemini idarə edir. Amma indi bu islam respublikasında nüfuz savaşına üç siyasi nəsil qoşulub – Əhmədinejad kimi populistlər, Rəisi kimi ənənəvi mühafizəkarlar və Ruhani kimi mötədillər», – «Stratfor»un təhlilində deyilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə