Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sürücü telefona görə yazılan cəriməni smartfon adı ilə ləğv etdirdi
Sürücü telefona görə yazılan cəriməni smartfon adı ilə ləğv etdirdi
13 Aprel 2017 / 16:02 / Baxış sayı: 2800
Font1 Font2 Font3 Font4
Bakıda sürücü yol polisinə yazdırdığı protokolu ləğv etdirib. 
BAKU.WS-ə danışan sürücü Orxan Məmmədli bildirir ki, bir müddət öncə yol polisi smartfondan istifadəyə görə onu saxlayaraq əsassız şəkildə cərimələyib:
“Koroğlu metrosu tərəfdən üzü aeroport istiqamətində hərəkət edərkən yol polisi maşını mənim avtomobilimi saxlatdı. Polis mənə əlimdə telefon olduğu üçün qanunu pozduğumu bildirib. Mən ona əlimdəkinin telefon deyil, smartfon tipli cihaz olduğunu söylədim. Avtomobildə hərəkət edərkən həmin cihazda xəritəyə baxırdım. Ancaq polis mənimlə razılaşmadı və cihazın telefon olduğunu bildirdi. Mən polisə bildirdim ki, qanunda smartfon tipli cihazlarla bağlı hər hansı qadağa yoxdur”.
Sürücü bildirir ki, əslində qanunla telefonla danışmaq və telefondan istifadə etmək qadağandır: “Mən isə cihazdan istifadə edərkən telefon kimi istifadə etməmişəm və qanunun tələblərini pozmamışam. Polis protokol yazaraq məni cərimələdi. Daha sonra qərardan şikayət verdim və həmin protokol ləğv edildi”.
Protokol yazıldıqdan sonra sürücü 10 gün müddətinə şikayət vermək hüququna malikdir. Ancaq polis yazılan cəriməni dərhal sistemə daxil edib ki, sürücü qərardan şikayət verməsin. Telefonuna mesaj gələn Orxan protokol yazıldıqdan bir neçə dəqiqə cərimənin sistemə vurulduğunun şahidi olub. Təbii ki, bu cür hal yol verilməzdir.
Qeyd edək ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların 342-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat cərimə nəzərdə tutulur. Yəni, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsində telefondan istifadə qanun pozuntusu sayılır. Smartfonların istifadəsi ilə bağlı hər hansı qadağa qeyd edilmir.
arxiv.bizimxeber.az

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə