Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2 övladının başı kəsilən qadın danışdı
2 övladının başı kəsilən qadın danışdı
13 Aprel 2017 / 16:32 / Baxış sayı: 772
Font1 Font2 Font3 Font4

Aprelin 1-də Bakının Nərimanov rayonunda – Keşlə qəsəbəsində qohumu 20 yaşlı Azər Cəfərov tərəfindən ölümcül hala salınan Lətifə Qasımovanın vəziyyəti stabilləşib. Qadının müalicə olunduğu 1 saylı şəhər xəstəxanasından Lent.az-a bildirilib ki, o, reanimasiya şöbəsindən palataya köçürülüb və həyatı üçün təhlükə artıq sovuşub. Onun bədəninin müxtəlif yerlərində: boğazında, əl-ayaqlarında çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər var.Yaxınlar bildiriblər ki, 55 yaşlı qadın övladlarının öldürülməsindən hələ də xəbərsizdir. Qeyd edək ki, məlum cinayəti törədən A.Cəfərov L.Qasımovanın bacısının kürəkənidir. O, qarət məqsədi ilə yoldaşının xalasının ailə üzvlərini öldürmək qərarına gəlib. Əvvəllər xuliqanlıq və yol qəzası törətdiyinə görə həbsxana həyatı yaşamış Azər 16 yaşlı Saqil Qasımzadəni aldadaraq küçəyə çılxardıqdan sonra bıçaqla onun boğazını kəsib. Daha sonra evə gələn qatil ailənin digər övladı, 26 yaşlı Fəridə Qasımzadəni eyni üsulla qətlə yetirib və Lətifə Qasımovanı da öldürməyə çalışıb. Evdən 207 dollar və 250 manat götürən şəxs qətlə yetirdiyi şəxslərin meyitini özünə məxsus 90 HK 308 dövlət nömrə nişanlı avtomobilə qoyaraq uzaqlaşıb. Müşahidə kameralarına düşən şəxs avtomobili ilə birgə çox keüçmədən yaxalanıb.Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

Onu da qeyd edək ki, qətlə yetirilən 2001-ci il təvəllüdlü Qasımzadə Saqil Səxavət oğlu və onun 26 yaşlı bacısı Fəridə 2015-ci ilin dekabrında Xəzərdə baş vermiş dəhşətli yanğın nəticəsində həlak olmuş İman Qasımovun qardaşının övladlarıdır. Onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər.

Bizimesr.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə