Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Nar” Bakı-2017 Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşıdır
“Nar” Bakı-2017 Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşıdır
13 Aprel 2017 / 16:58 / Baxış sayı: 312
Font1 Font2 Font3 Font4

“Nar” 12-22 may tarixləri arasında keçiriləcək Bakı-2017 Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçildi. Tərəfdaşlıq müqaviləsi 7 mart tarixində hər iki tərəfin rəsmilərinin iştirakı ilə imzalandı.

“Nar” Bakı-2017 Oyunlarında Əməliyyat Komitəsini mobil rabitə xidmətləri – zəng və məlumatların ötürülməsi (data) xidmətləri ilə təmin edəcək, eləcə də İnformasiya Əlaqə Mərkəzi və Oyunların texnologiya şöbəsinə dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq.

13 aprel 2017-ci il tarixində keçirilmiş mətbuat konfransında çıxış edən Bakı-2017 Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar şöbəsinin direktoru Mayk Loynd “Nar” ilə imzalanmış tərəfdaşlıq müqaviləsinə münasibət bildirdi. “Böyük təcrübəsi sayəsində “Nar” Bakı-2017 Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı oldu. Oyunlar zamanı yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin olunmaq olduqca vacibdir. Biz birlikdə çalışacağıq və əminəm ki, “Nar” Bakı-2017 Oyunlarının uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək”, – deyə Mayk Loynd jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi.

“Nar” operatorunun baş icraçı direktoru Klaus Müller isə, öz növbəsində, “Nar”-ın Bakı-2017 Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçilməsinin böyük qürur mənbəyi olduğunu vurğuladı.

“İki il öncə keçirilən ilk Avropa Oyunlarının tərəfdaşı olmuş “Nar” ölkədə keçirilən mühüm layihələrin tərəfdaşı kimi böyük təcrübə qazanmışdır. Bu təcrübəyə əsaslanaraq deyə bilərəm ki, layihənin telekommunikasiya tərəfdaşı olaraq “Nar”-ın peşəkar əməkdaşları Bakı-2017 Oyunlarının təşkilatçıları və iştirakçılarını yüksəkkeyfiyyətli xidmətlə təmin edəcəklər. Əminəm ki, Bakı-2017 Oyunları Azərbaycana böyük uğur gətirəcək və bu uğurun qazanılması üçün “Nar”-ın da əmək sərf etməsi bizi çox fərəhləndirir”, – deyə cənab Müller sözlərinə əlavə etdi.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilməklə yanaşı, həm də hər bir vətəndaşın ədalətli qiymət müqabilində bu şərti meyvə bağının təamlarından faydalana bilməsini simvolizə edir. Sərfəli qiymət siyasəti, yüksəkkeyfiyyətli, rahat və sadə xidmət qısa vaxt ərzində “Nar”-ı yüz minlərlə insanın seçiminə çevirmişdir. Fəaliyyətinin ilk günlərindən etibarən, mobil rabitə bazarına müxtəlif töhfələr vermiş “Nar” Azərbaycanda ən müasir mobil texnologiyaların tətbiqinə start verən birinci mobil operator olmuş, həm mobil internet, həm də fiber-optik texnologiyalar əsasında yüksəksürətli sabit internet xidmətləri göstərmiş, ölkədə ilk dəfə olaraq 3G texnologiyalarına əsaslanan xidmətlər təqdim etmiş və ən geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.

Bu gün təqribən 2,3 milyon abunəçiyə xidmət göstərən və öz sərfəli qiymətləri ilə əhalinin bütün kateqoriyalarını nəzərə alan “Nar”-ın şəbəkəsi ölkənin 99%-ni əhatə edir. Abunəçilər rabitə xidmətləri provayderi olan “Nar”-ın tariflərindən istifadə etməklə bütün istiqamətlərdə sərfəli qiymətlərdən faydalanırlar. Ölkənin regionlarına olan diqqətin nəticəsi kimi “Nar” regionlar üçün ayrıca tarif paketləri yaratdı. “Nar”-ın mobil internet paketləri isə abunəçilərə daim onlayn olmağa imkan yaradır.

“Nar”-ın kampaniya, məhsul və layihələri haqqında nar.az internet səhifəsindən ətraflı məlumat almaq olar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə