Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Banklar dolları bahalaşdırdı – Hərracdan sonra
Banklar dolları bahalaşdırdı – Hərracdan sonra
13 Aprel 2017 / 17:03 / Baxış sayı: 908
Font1 Font2 Font3 Font4

Azərbaycan kommersiya bankları hərracdan sonra valyuta məzənnəsinə yenidən dəyişiklik edib. 

arxiv.bizimxeber.az Fins.az-a istinadən xəbər verir ki, dolların hərracda ucuzlaşmasına baxmayaraq, bir çox bank Amerika valyutasını daha da bahalaşdırıb.

Belə ki, səhər saatları ilə müqayisədə “VTB Bank Azərbaycan” dolların alış məzənnəsini 1 qəpik bahalaşdırıb. İndi bank ABŞ valyutasını 1,6400 manata alır. Satışı isə 1,7080 manatdan 1,7120 manatadək qalxıb.

“Bank Avrasiya”da dolların alışı 1,5 qəpik artıb. Belə ki, bu bankda alış 1,6700 manatdan 1,6850 manata qalxıb. “Turanbank”, “Yapı Kredi Bank Azərbaycan” və “Ziraat Bank Azərbaycan” isə yalnız dolların satış məzənnəsinə dəyişiklik edib:

“Turanbank” 1 qəpik bahalaşdırıb – 1,7000 manatdan 1,7100 manatadək; “Ziraat Bank Azərbaycan” 0,50 qəpik bahalaşdırıb – 1,7050 manatdan 1,7100 manatadək;

“Yapı Kredi Bank Azərbaycan” isə 0,7 qəpik ucuzlaşdırıb – 1,7050 manatdan 1,6980 manatadək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə