Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda ağır yol qəzası, 3 nəfər yanaraq öldü – VİDEO – YENİLƏNİB
Bakıda ağır yol qəzası, 3 nəfər yanaraq öldü – VİDEO – YENİLƏNİB
14 Aprel 2017 / 9:58 / Baxış sayı: 2896
Font1 Font2 Font3 Font4

Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil “KİA” markalı maşınla toqquşub. Hadisə zamanı “VAZ 2107” markalı avtomaşın alışaraq yanıb.

Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN-dən “Report”a bildirilib ki, hadisə zamanı “VAZ 2107”-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Araşdırmalar davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə