Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AzərTAc müxbirinin İTV-yə keçidini təsdiqlədi
AzərTAc müxbirinin İTV-yə keçidini təsdiqlədi
29 Aprel 2013 / 17:59 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

AzərTAc-ın Türkiyə üzrə xüsusi müxbiri Oqtay Bayramovun İctimai Televiziya və Radio Yayımları Şirkətlərinə keçməsi haqda məlumat rəsmən təsdiqlənib.

AzərTAc-ın baş direktorunun müavini Dağbəyi İsmayılov Modern.az saytına açıqlamasında O. Bayramovun İctimai Televiziyaya keçməsi xəbərini təsdiqləyib. “Bəli, Türkiyə üzrə xüsusi müxbirimiz Oqtay Bayramov İTV-yə keçib. Amma onun sədr müavini olması barədə dəqiq bir şey bilmirəm”.

İctimai Televiziya və Radio Yayımları Şirkətlərindən Modern.az-ın suallarını cavablandırmaq istəməyiblər…

Qeyd edək ki, “Aznews.az”ın yaydığı xəbərə görə, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (“Azərtac”) Türkiyə üzrə xüsusi müxbiri Oqtay Bayramov İTV-yə baş direktor müavini təyin edilib.

Aprelin 23-də Milli Teleradio Şurasında keçirilən səsvermədə Cəmil Quliyev İTV-yə baş direktor seçilib. C.Quliyev işə başlayan günün ertəsi İTV rəhbərliyində təmsil olunan bəzi şəxslər işdən azad olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə