Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məmurların uşaqlarının xaricdə oxumasını qadağan edən layihə rədd edildi
Məmurların uşaqlarının xaricdə oxumasını qadağan edən layihə rədd edildi
14 Aprel 2017 / 10:40 / Baxış sayı: 378
Font1 Font2 Font3 Font4

Dövlət duması məmurların uşaqlarına xaricdə oxumağı qadağan edən qanun layihəsini rədd edib. Rusiya bu ideyanı məqsədə uyğun hesab etmir.

arxiv.bizimxeber.az xəbər verir ki, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Rusiya Federasiyası Kommunist Partiyasının deputatı Valeri Raşkinin irəli sürdüyü qanun layihəsini bəyənməyib.

Deputat dövlət qulluqçularının övladlarını xaricdə təhsil almağa göndərməyin əleyhinə olduğunu bildirib. O əmindir ki, belə qadağayla yerli təhsilin keyfiyyətini yüksəltmək olar.

Ancaq Rusiya höküməti Raşkinin qəsdən provokasiya etdiyini düşünür.

“Müəllif anlayırdı ki, təklif etdiyi qanun layihəsi qəbul edilməyəcək. Bu mövzu üzərində 2009-cu ilə qədər müxtəlif istiqamətli müzakirələr gedib. O zaman bütün bu suallara cavab olaraq Konstitusiya Məhkəməsi vətəndaşlarımızın azad təhsil alma hüququnun olduğunu qanuni şəkildə təsdiqlədi”, komitənin sədr müavini Anatoli Vıbornıy deyib.

Raşkin bu layihənin siravi vətəndaşlardan çox, ölkənin vicdansız məmurlarına ünvanladığını deyib: “Əgər dövlət qulluqçusu öz övladını xaricdə yüz min dollarlıq universitetlərdə oxutdurursa, bu pulların hardan və necə gəldiyi barədə hesabat verməlidir. Ölkədə qanunla korrupsiya qadağan edilib. Korrupsiya əleyhinə komitə yaradılıb. Məmurların xaricdəki hesabları qeyri-qanuni yollarla açılıb. Hazırki qanunlar 90-cı illərdə qəbul edilən qanunlar qədər nəticə vermir. Düşünürəm ki, müəyyən boşluqlar var”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə