Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Banklar gücləndirilmiş iş rejiminə keçdi
Banklar gücləndirilmiş iş rejiminə keçdi
14 Aprel 2017 / 11:37 / Baxış sayı: 308
Font1 Font2 Font3 Font4
İlk dəfə keçirilən “Bakı Ticarət Festivalı” ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə aprel ayının 10-dan etibarən 23 bankın 50-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasından arxiv.bizimxeber.az-a verilən məlumatda bildirilib.
Festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 6 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərir.
Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə