Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan banklarında dollar bahalaşır
Azərbaycan banklarında dollar bahalaşır
14 Aprel 2017 / 12:08 / Baxış sayı: 872
Font1 Font2 Font3 Font4

Bu gün də banklarda dolların qalxdığı müşahidə edilir.

Dünənlə müqayisədə bu gün səhər, “AmrahBank” dolların alışını 1.6650 manatdan 1.67 manata qaldırıb, satış qiymətini (1.7150) isə dəyişməyib.

“AtaBank” alışı 1.6550 manatdan 1.66 manata, “MuğanBank” alışı 1.64 manatdan 1.66 manata, satışı 1.71 manatdan 1.72 manata, “NBC Bank” alışı 1.65 manatdan 1.67 manata, satışı 1.71 manatdan 1.72 manata, “GünayBank” alışı 1.68 manatdan 1.6820 manata, “Yapı Kredi Bank Azərbaycan” alışı 1.666 manatdan 1.67 manata, “Bank BTB” alışı 1.64 manatdan 1.67 manata, satışı 1.7150 manatdan 1.7180 manata, “Ziraat Bank Azərbaycan” alışı 1.6350 manatdan 1.6750 manata, satışı isə 1.71 manatdan 1.7150 manata, “DəmirBank” alışı 1.63 manatdan 1.66 manata qaldırıb.

Dünən iş vaxtının sonunda dolları ən ucuz qiymətə (1.70 manata) “Günay Bank” satırdı. Dolları ən yüksək qiymətə (1.6850 manata) alan bank isə “Bank Avrasiya” idi.

Qeyd edək ki, Mərkəzi Bankda keçirilən son iki hərracda manat dollar qarşısında cüzi də olsa möhkəmlənsə də, banklarda dollar bahalaşır.

Manatın orta çəkili məzənnəsi, 11 aprel 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş hərracda 1.7029 manat (1.7031 manatdan düşmüşdü), 13 aprel 2017-ci il tarixində keçirilmiş hərracda isə 1,7026 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki, bu həftənin çərşənbə axşamı günü dolların alış qiyməti 1.60 manatadək, satış qiyməti isə 1.64 manatadək düşmüşdü. (marja.az)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə