Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Üç nəfərin yandığı maşın Kəbirə Məmmədova Klinikasına məxsus olub
Üç nəfərin yandığı maşın Kəbirə Məmmədova Klinikasına məxsus olub
14 Aprel 2017 / 12:23 / Baxış sayı: 1128
Font1 Font2 Font3 Font4

Bir qədər əvvəl xəbər verdiyimiz kimi, Zığ yolunda 3 nəfərin yanaraq ölümü ilə nəticələnən dəhşətli qəzanın şok təfərrüatları ortaya çıxmaqda davam edir.

“Qafqazinfo” bir qədər əvvəl qəzaya düşən avtomobillərdən birinin diqqətçəkən dövlət nömrə nişanı 10 AX 002 ilə bağlı apardığı kiçik araşdırmanı təqdim etmişdi. Məlum olmuşdu ki, həmin nömrə daha əvvəl bahalı “Mercedes” avtomobilinin üzərində olub. Həmin avtomobilin görüntülərini də təqdim etmişdik. Sonradan bu nömrənin “VAZ-2104” (ilkin məlumatda “VAZ-2107” kimi təqdim olunub – red.) markalı avtomobildə olması sual yaradırdı. Davam edən araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata görə, hadisə zamanı yanan 10 AX 002 nömrəli “VAZ-2104” markalı avtomobil məşhur iş adamı, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın adını daşıyan “Kəbirə Məmmədova Klinikası”na məxsus olub. Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, ilkin araşdırmalarla “VAZ-2104”ün sürücüsünün Gülağa Quliyev adlı şəxs olduğu məlum olub. Yanaraq ölən digər şəxslərin isə iki qardaş olduğu bildirilir. Lakin onların üzərində heç bir sənəd tapılmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

APA-nın əldə etdiyi məlumata görə, həmin avtomobildə olan sərnişinlərin isə – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə