Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilər Eldar Qasımova HÜCUM ETDİ
Ermənilər Eldar Qasımova HÜCUM ETDİ
14 Aprel 2017 / 12:34 / Baxış sayı: 504
Font1 Font2 Font3 Font4

“Bu bədxah ermənilər tərəfindən mənə qarşı aparılmış təxribatdır. Səhərdən bəri səhifəmə daxil ola bilmirəm. Yalnız onu deyə bilərəm ki, artıq komandam erməni hakkerlər tərəfindən oğurlanan instaqram hesabımın qaytarılması üzrində çalışır. Bu dəqiqələrdə öyrəndim ki, bu, dövlət səviyyəsində hakkerlərin işidir”.

Eldar Qasımov bu sözləri Publika.az-a veridyi açıqlamasında deyib. “Eurovision 2011” qalibi mətbuat vasitəsi ilə hər kəsi onun 20 minlik səhifəsini şikayət etməyə çağırıb: “Bütün izləyicilərimdən xahiş edirəm ki, hazırda istifadə edə bilmədiyim səhifəmə girib onu şikayət etsinlər. Bədxah qonşuların bu hərəkətinə son qoymaq lazımdır. Onu da demək istəyirəm ki, bu səhifə artıq mənim deyil. Səhifəmə girən insanlardan da çox-çox üzr istəyirəm. Əgər səhifə bərpa olunmasa, yeni instaqram hesabı açamlı olacam. Yəqin ki, mənə həsəd apardıqları üçün hədəf olaraq məni seçiblər. Hər halda ümidimi itirmirəm və inanıram ki, bu məsələ tezliklə həll olunacaq”.

***

Azərbaycanı 2011-ci ildə “Eurovison” müsabiqəsində təmsil edən Eldar Qasımovun instaqram hesabı ermənilər tərəfindən oğurlanıb.

Publika.az xəbr verir ki, “Eurovision 2011” qalibinin erməni hakkerləri tərəfindən oğurlanan instaqram səhifəsində artıq bir neçə saatdır ki, erməni terrorçusu Monte Melkonyanın və Ermənistan bayrağının fotoları paylaşılır. Paylaşılan şəkillərdə həmçinin “Yaşasın Ermənistan” şüarları da yazılıb.

Qeyd edək ki, Eldar Qasımov 20 minlik səhifəsinin profil fotosuna erməni bayrağı və terrorçunun şəkli qoyulub.

Xatırladaq ki, azərbaycanlı ifaçı ötən il aprel döyüşlərində hər kəsi silahı yerə qoymağı təklif etməsi qalmaqala səbəb olmuşdu. Onun aprel döyüşləri ilə bağlı yazdığı statusu təqdim edirik:

“İndi bütün dünyada vəziyyət qeyri-sabitdir, regionumuz da gərgin vaxtlarını yaşayır. Zorakı yolla dinc razılaşmalara nail olmaq mümkün deyil. Təəssüf ki, dünyada baş verən hadisələr sevindirmir. Müasir sivil dünyada bütün mübahisələr danışıqlarla həll olunmalıdır. Qan tökülməsi ilə sülhə çatmaq olmaz. Mən silahı yerə qoymağı və təmiz niyyət və ağılla danışıqlar masası arxasına əyləşməyi çağırıram”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə