Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi qəbul olundu
“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi qəbul olundu
14 Aprel 2017 / 14:05 / Baxış sayı: 334
Font1 Font2 Font3 Font4

Milli Məclisin (MM) aprelin 14-də keçirilən plenar iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.

arxiv.bizimxeber.az xəbər verir ki, layihə barədə MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Komitə sədri deyib ki, üçüncü oxunuş ikinci oxunuşdan fərqli olaraq, redaktə xarakterlidir:

“Şəhid ailələri ilə bağlı redaktə xarakterli düzəlişlər edərək təklifləri nəzərə aldıq. Bundan başqa, təhsil müəssisələrinin rəhbərlərinin təyinatında 5 illik təcrübə sözündən “5 il” sözünü çıxardıq, “kifayət qədər təcrübə” sözünü saxladıq və sair”.

Qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir. Layihə hazırlanarkən Maliyyə, Təhsil, Səhiyyə, Ədliyyə nazirliklərinə və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib, onlardan rəy alınıb.

Layihədə məktəbəqədər təhsilin məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, uşaqyönümlülük, inkişafyönümlülük, tələbyönümlülük, varislik, inteqrativlik, millilik və dünyəvilik prinsipləri əsasında müəyyənləşdirilir. Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

İ.Həbibbəyli bildirib ki, yaxın gələcəkdə Azərbaycanda məktəbəqədər təhsil şəbəkəsinin genişlənəcək:

“Artıq dövlət başçısının tapşırığı ilə regionlarda bir sıra məktəbəqədər təhsil ocaqları açılır. Əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər. Lakin burada kadr çatışmazlığı problem yaradacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəssisəsinə ali pedaqoji təhsil alan mütəxəssislərin təyin edilməsi nəzərdə tutulub. Bundan başqa, qanun layihəsində uşaq innovasiya fondlarına 3-4 bənd aid edilib. Bu da həmin sahə ilə bağlı fəaliyyət göstərən QHT-lər üçün bir stimuldur”.

Sənəddə qeyd olunur ki, bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Layihə səsə qoyularaq üçüncü oxunuşda da qəbul olunub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə