Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Parlamentdə Hacı Cavad məscidi ilə bağlı – Müzakirə
Parlamentdə Hacı Cavad məscidi ilə bağlı – Müzakirə
14 Aprel 2017 / 14:09 / Baxış sayı: 346
Font1 Font2 Font3 Font4
Milli Məclisin bu gün keçirilən iclasında Bakının “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələ qaldırılıb.
APA-nın məlumatına görə, deputat Fazil Mustafa bildirib ki, məscidin sökülməsi ilə bağlı etiraz edənlər süni ajiotaj yaratmaq istəyənlərdir. O qeyd edib ki, Azərbaycanda bir çox yerdə məscidlər tikilir, təmir olunur və dini ocaqlara hörmət qoyulur: “Məscidin sökülməsi ilə bağlı etirazlar başlayanda araşdırıldı və məlum oldu ki, oranın nə qeydiyyatı var, nə də mədəni abidə kimi qorunur. Ora yığışanlar məqsədli şəkildə ajiotaj yaratmaq istəyənlərdir”.
Deputat Qüdrət Həsənquliyev təklif edib ki, həmin məscidin sökülməsi zamanı polisə müqavimət göstərən şəxsləri Dövlət Təhlükəsizlik Xidməti araşdırsın: “Araşdırılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimiz casus yuvasına çevrilsin”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə