Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan yeni silahlar istehsal edəcək – Siyahı
Azərbaycan yeni silahlar istehsal edəcək – Siyahı
14 Aprel 2017 / 15:12 / Baxış sayı: 484
Font1 Font2 Font3 Font4

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində aparılan və artıq silahlanmaya tövsiyə olunan “Yalquzaq” snayper tüfənginin, xüsusi təyinatlı əl pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, müxtəlif millimetrlik avtomatların, F-1 tipli əl qumbarasının, atəş yığımının və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur.

AzVision.az-ın xəbərinə görə, bu barədə Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, hazırda, ötən il yaradılan, sınaqları uğurla başa çatdırılan və təqdimatı keçirildikdən sonra seriyalı istehsalına başlanılan “Zərbə-KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının yeni növü olan, düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometrlik məsafədən tam müəyyən edən və məhv etmək iqtidarında olan “Zərbə-KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb.

Eyni zamanda, iki istiqaməti – zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılmasını bir arada aparan yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb.

Bildirilib ki, ölkə başçısının müvafiq göstərişi ilə beynəlxalq müdafiə sərgilərinin iştirakcısı və təşkilatçısı olan Müdafə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulatın cari il mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sərgisində nümayişi nəzərdə tutulur.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə