Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Kimyəvi silahımız yoxdur” – Suriya XİN-i
“Kimyəvi silahımız yoxdur” – Suriya XİN-i
14 Aprel 2017 / 15:42 / Baxış sayı: 200
Font1 Font2 Font3 Font4

“Moskva, Tehran və Dəməşq Suriyada terrorçuluğa qarşı birgə mübarizəni davam etdirəcək”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Suriyanın xarici işlər naziri Valid Muallem iranlı və rusiyalı həmkarları ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
“Mən Rusiya və İrana verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Suriya torpağını terrorçulardan təmizləməyə davam edəcəyik”, – deyə Suriya XİN başçısı vurğulayıb.
V. Muallem qeyd edib ki, Dəməşq zəhərləyici maddələrdən istifadə etmir. “Dəfələrlə bəyan etmişik ki, bizdə kimyəvi silah yoxdur. Buna Kimyəvi silahların qadağan olunması üzrə Təşkilatı da şahiddir. Han-Şeyhunda baş verənlər qurama aksiyadır. Suriya hərbi hava qüvvələri Han-Şeyhunda kimyəvi silahla heç bir hədəfi vurmayıb. Biz terrorçulara və öz xalqımıza qarşı kimyəvi silahdan istifadə etmirik. Harada və nə vaxta baş verməsindən asılı olmayaraq kimyəvi silahdan istifadəni qınayırıq. Məhz buna görə də Han-Şeyhunu və Şayrat aviabazasını ziyarət edəcək eynəlxalq ekspert qrupunun formalaşdırılmasını tələb edirik. ABŞ və müttəfiqləri belə komissiyanın yaradılmasından niyə qorxurlar? Niyə bu komissiyanın formalaşmasına qədər təcavüz aktına imza atdılar? ABŞ-ın zərbələrinə heç cür haqq qazandırmaq olmaz”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə