Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Devid Makalister Azərbaycana səfər edəcək
Devid Makalister Azərbaycana səfər edəcək
14 Aprel 2017 / 16:51 / Baxış sayı: 276
Font1 Font2 Font3 Font4

Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin yeni seçilmiş sədri Devid Makalisterin (David McAllister) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

 

Bu barədə APA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

 

O, səfərin may ayına gözlənildiyini bildirib.

 

S. Seyidov onun rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlərdə Brüsseldə səfərdə olduğunu xatırladıb, orada vacib, əhəmiyyətli və ikitərəfli əlaqələrin inkişafına xidmət edən görüşlər keçirdiklərini qeyd edib: “Avropa Parlamenti rəsmiləri, o cümlədən Xarici Əlaqələri Komitəsinin rəhbəri Devid Makalisterlə görüşlərimiz oldu, əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr apardıq. Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycana səfəri zamanı əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələr davam etdiriləcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə