Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2000 müəllim işdən çıxarıla bilər – Diplomları yığılır
2000 müəllim işdən çıxarıla bilər – Diplomları yığılır
14 Aprel 2017 / 17:17 / Baxış sayı: 3704
Font1 Font2 Font3 Font4
Təhsil Nazirliyi orta məktəblərdə işləyən müəllimlərin diplomlarını  yığmağa başlayıb.
BakiPost.az-a daxil olan məlumata görə, proses 1992-ci ildən indiyə kimi unversitet bitirmiş və məktəblərdə çalışan müəllimləri əhatə edir. Diplomların yığılmasında məqsəd saxta diplomlarla çalışan müəllimləri aşkarlamaqdır.
Əldə etdiyimiz məlumatlara görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarında orta məktəblərdə müəllimlərin diplomları artıq yığlıb.
İşin icrası hər bir rayonun Təhsil Şöbəsinə tapşırılıb. Diplomlar yığılandan sonra isə Təhsil Nazirliyinə təhvil verilib.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov 2014-cü ildə orta məktəblərdə 2000-ə yaxın müəllimin saxta diplomla çalışdığını bildirmişdi:  “Biz dəqiq sayı bilmirik, amma haradasa 2000 saxta diplomlu şəxs, əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyir. Bu gün biz onların hamısını adbaad bilirik.
Əldə etdiyimiz bütün məlumatları, o cümlədən onlara saxta diplom verənlərin adlarını da Baş Prokurorluğa vermişik. Onların arasında təhsil sistemindəki rəhbərlər də var.
Mənim bildiyimə görə, Baş Prokurorluq onlarla bağlı iki dəfə məlumat yayıb. Hələ ki biz elə «müəllimlər»i dayandıracaq icazəni ala bilməmişik”.
Onu da bildirək ki, ötən il Azərbaycanda saxta diplomlu 555 müəllim aşkarlanıb. Bu diplomların çoxu Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialları tərəfindən verilib.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə