Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ ordusu Azərbaycanda…?
ABŞ ordusu Azərbaycanda…?
29 Aprel 2013 / 18:11 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Üzeyir Cəfərov: “Azərbaycanda amerikan ordusunun yerləşdirilməsi mümkünszdür”

Bugünlərdə Rusiya politoloqları rəsmi Vaşinqtonun Əfqanıstandan çıxaracağı amerikan ordusunun bir hissəsini Azərbaycanda yerləşdirəcəyi ilə bağlı maraqlı fikirlər səsləndirib. Rusiyalı politoloqların sözlərinə görə, Amerika öz məqsədini reallaşdırmaq üçün Boston faciəsində çeçen izinin mövcudluğunu isbatlamağa çalışır. Rusiyalı ekspertlərin qənaətincə, Amerika terrorun mərkəzinin Əfqanıstandan Qafqaza köçdüyü fikrinə bütün dünyanı inandırmaqla öz ordusunun Azərbaycana gəlişi üçün psixoloji zəmin formalaşdırmağa cəhd edir. Politoloqlar hesab edir ki, Amerika məhz bu yolla öz ordusunun Cənubi Qafqazda – konkret desək Azərbaycanda yerləşməsini təmin edəcək ki, bu da istər-istəməz Ağ Evin regiondakı mövqelərini avtomatik olaraq möhkəmləndirəcəkdir.

“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, Amerika ordusunun Azərbaycanda yerləşdiriləcəyi ilə bağlı səsləndirilən fikirlər ciddi qəbul edilə bilməz.

Ekspertin sözlərinə görə, belə bir addım ilk növbədə Rusiya və İranın narazılığına səbəb ola bilər ki, bu da Azərbaycan üçün əlavə başağrısı deməkdir: “Şübhəsiz ki, əgər rəsmi Bakı Amerika qoşunlarının Azərbaycanda yerləşdirilməsi istiqamətində hər hansı bir addım atsa, onun bu addımı Rusiya tərəfindən sakit qarşılanmayacaq. Proseslərdən narahat olan digər bir ölkə isə məhz İran olacaq. Çünki ABŞ qoşunlarının regiondakı varlığından ən çox narahatlıq duyan ölkələrdən biri də İrandır. Bu baxımdan Amerika ordusunun Azərbaycanda yerləşməsi İran tərəfindən aqressivliklə qarşılanacaq. Ancaq bununla belə Azərbaycanın belə bir qərar verəcəyini güman etmirəm. Çünki bu qərarın verilməsi üçün xeyli şərtlər lazımdır ki, indiki məqamda bu şərtlərin heç biri yoxdur. Bu baxımdan Əfqanıstandan çıxarılan Amerika əsgərlərinin Azərbaycanda yerləşdiriləcəyi ilə bağlı hər hansı bir işartı yoxdur”.

Ekspertin bildirdiyinə görə, Amerika qoşunlarının Azərbaycanda yerləşdirilməsi üçün ölkə qanunlarında da bəzi dəyişikliklər edilməli, bunun üçün hüquqi zəmin formalaşmalıdır. Yalnız bundan sonra amerikan ordusunun Azərbaycanda yerləşdirilməsi mümkün ola bilər: “Azərbaycan Amerika qoşunlarının yerləşdirilməsi yalnız nəzəri baxımdan mümkün hesab edilir. Çünki bu, özlüyündə sadə bir məsələ deyil. Azərbaycanın Təhlükəsizlik Konsepsiyasında, Hərbi Doktrinasında konkret müddəalar var. Biz qoşunları gətirəndən sonra bu müddəalarda dəyişiklik edə bilmərik. Bununla bağlı məsələ parlamentdə qaldırılsa, yalnız o zaman bu ideyanın reallaşa biləcəyi ilə bağlı düşünmək olar. Bu zaman inanmaq olar ki, Rusiya politoloqlarının səsləndirdiyi fikirlərdə hansısa həqiqət yükü var”.

Ü.Cəfərovun qənaətincə, əslində Rusiya politoloqlarının məqsədli şəkildə ictimai rəyə ötürdükləri məlumatlar dezinformasiyadır və Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdür: “İndiki məqamda bu proqnozlarda heç bir həqiqət yükü yoxdur. Bu, Rusiyanın son vaxtlar Azərbaycana qarşı apardığı siyasətin tərkib hissəsidir. Rusiya zaman-zaman bu cür məlumatları dövriyyəyə buraxır. Hansı ki, bu məlumatların heç bir əsası yoxdur və heç bir məntiqə söykənmir”.

Ekspert hesab edir ki, bu gün hansısa dövlətin sadəcə öz hərbi üstünlüklərindən istifadə edərək hansısa ölkəyə təzyiq göstərməsi mümkün deyil. Bu baxımdan Rusiyanın Azərbaycana bu aspektdə təzyiq göstərməsi xeyli dərəcədə çətindir: “Rusiya bəlli bir müddətdir ki, Azərbaycan sərhədlərinin yaxınlığında qoşun toplayır. Bunu isə anti-terror əməliyyatları aparması ilə izah edirdi. O zaman amerikalılar da yaza bilərdilər ki, Rusiya Azərbaycanı işğal eləməyə hazırlaşır. Indi tamam başqa zamandır. Hazırda 90-cı illərin mürəkkəb və qarışıq vaxtları deyil. Buna görə də indi kim nə istədi onu da edə bilməz. Müstəqil ölkələr də bir-birləri ilə oturuşmuş siyasət həyata keçirilər. Azərbaycan tək deyil və özünü qorumaq üçün lazımi dəstəyə malikdir”.

Ekspert hesab edir ki, Rusiya seçki ilində Azərbaycanda daxili gərginliyin artmasında maraqlıdır və onun dövriyyəyə buraxdığı dezinformasiyalar da buna xidmət edir: “Hazırda Azərbaycan üçün həssas bir məqamdır. Bu ölkədə prezident seçkiləri keçiriləcək. Azərbaycanın rahat şəkildə seçki prosesini həyata keçirməsi üçün sakit bir ab-hava tələb olunur. Əgər bu sakit ab-hava olacağı təqdirdə hansısa normal seçkidən söhbət etmək mümkün olacaq”.

Əfqanıstanı tərk edəcək amerikan qoşunlarının Azərbaycandan keçəcəyini bildirən ekspert, onların burada yerləşmə ehtimalının sıfıra bərabər olduğunu söylədi: “Əfqanıstandan çıxarılacaq Amerika qoşunları Azərbaycandan keçəcək. Buna heç kimin şübhəsi olmasın. Lakin bu qoşunların Azərbaycanda qalması mümkün deyil”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə