Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ombudsman Aparatının əməkdaşları DTX-nın İstintaq təcridxanasında olublar
Ombudsman Aparatının əməkdaşları DTX-nın İstintaq təcridxanasında olublar
14 Aprel 2017 / 17:56 / Baxış sayı: 260
Font1 Font2 Font3 Font4

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Qurumdan Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində bir çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib və dinlənilib.

Qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının onlarla rəftarından və müəssisədə saxlanılma şəraitindən şikayət etməyib, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Fərdi qaydada qəbul zamanı saxlanılan şəxslərin barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə bəzi müraciətlər yerində araşdırılıb və sənədləşmənin aparılması vəziyyəti öyrənilib, hər birinə hüquqi məsləhətlər verilib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub.

Yekunda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə