Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əkiz bacıların maşınla vurduğu kişi niyə gizlədilir? – AÇIQLAMA
Əkiz bacıların maşınla vurduğu kişi niyə gizlədilir? – AÇIQLAMA
15 Aprel 2017 / 11:16 / Baxış sayı: 2558
Font1 Font2 Font3 Font4

Aprelin 5-də müğənni Sevic və Sevil Səfərovaların törətdiyi qəza nəticəsində xəsarət alan Söhrab Ağayevin səhhəti ilə bağlı məlumatlar gizlədilir.

arxiv.bizimxeber.az xəbər verir ki, “Ölkə.Az”-ın əməkdaşı 87 yaşlı kişinin durumunun nə yerdə olduğunu öyrənmək üçün 1 Saylı Şəhər Klinik Xəstəxanası (Semaşko-red.) ilə əlaqə saxlayıb.

Xəstəxanadan əvvəlcə bildirilib ki, S.Ağayev 20 gün əvvəl başqa yerə aparılıb. Hadisənin cəmi on gün əvvəl baş verdiyi xatırladıldıqdan sonra isə fərqli cavab vermək məcburiyyətində qalıblar:

“Deyəsən 10-15 gün əvvəl çıxarıb apardılar. Bilmirik, Mərkəzi Klinikadır, özəl klinikadır. Xəbərimiz yoxdur”.

Xatırladaq ki, hadisə aprelin 5-də səhər saat 09:00 radələrində baş verib. Səfərovaların idarə etdiyi “Dodge Durango” markalı avtomobil İçərişəhərin yaxınlığında, “Qoşa qala qapısı” adlanan ərazidə yolu keçən Söhrab Ağayevi vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Mövzunu diqqətdə saxlayacağıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə