Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyada 8 nəfər yanaraq öldü – YENİLƏNİB
Rusiyada 8 nəfər yanaraq öldü – YENİLƏNİB
15 Aprel 2017 / 12:26 / Baxış sayı: 236
Font1 Font2 Font3 Font4
Rusiyanın Orenburq vilayətində insan ölümü ilə nəticələnən daha bir yanğın olub.
APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 15-nə keçən gecə Novosarinsk qəsəbəsində baş vermiş yanğında bir qadın, iki kişi və bir uşaq yanaraq ölüb.
Yanğınsöndürənləri hadisə yerinə evi tərk edərək yanğından canına qurtara bilmiş qadın çağırıb.
Yanğın söndürüldükdən sonra evdə dörd nəfərin meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır, məhkəmə-tibbi və yanğın-texniki ekspertizası təyin olunub.
****
10:44
Rusiyanın Orenburq vilayətinin Kvarkeno kəndində baş verən yanğında üç kişi və bir qadın ölüb.
APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, istintaq hadisə ilə bağlı araşdırma aparır.
Yanğın aprelin 15-ə keçən gecə baş verib. Yanğınsöndürənlər yanğını söndürəndən sonra evdə 48, 54 və 55 yaşlarında üç kişinin və 48 yaşında qadının yanmış meyitini aşkarlayıblar.
İlkin məlumata görə, evdə heç yerdə işləməyən, anormal həyat tərzi keçirən dörd nəfər yaşayırmış.
Yanğının səbəbləri hələlik məlum deyil.
Hadisə ilə bağlı müxtəlif ekspertizalar təyin olunub.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə