Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı hərbçi ağır qəzada öldü
Azərbaycanlı hərbçi ağır qəzada öldü
15 Aprel 2017 / 12:47 / Baxış sayı: 1286
Font1 Font2 Font3 Font4

Daxili Qoşunların çavuşunun maşını ağaca çırpılıb

Qəbələ rayonunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. İstiPress-in yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Qəbələ rayon Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qəbələ rayonu Vəndam qəsəbə sakini, 22 yaşlı Fərid Nəbiyevin idarə etdiyi “VAZ 2109” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü Fərid Nəbiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, avtomobildəki iki sərnişin, Vəndam qəsəbə sakinləri, 21 yaşlı Fərid Həlimov və 27 yaşlı Mübariz Niftəliyev aldığı zərbə ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağır vəziyyətdə olan Fərid Həlimov reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə vaxtı dünyasını dəyişən çavuş Fərid Nəbiyev Daxili Qoşunların Qəbələ rayonundakı hərbi hissəsində xidmət edib. Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə