Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Titanik”ə bilet: qiyməti 105 min dollar!
“Titanik”ə bilet: qiyməti 105 min dollar!
15 Aprel 2017 / 19:11 / Baxış sayı: 770
Font1 Font2 Font3 Font4

“Titanik”ə minmək yüz il əvvəl olduğu kimi, yenə də dəbdəbəlidir. Amerikanın “OceanGate” kompaniyası gələn il məşhur laynerin qalıqları olan əraziyə sualtı tur təşkil etməyə hazırlaşır. Biletin qiyməti 105 min dollardır.

“Euronews” telekanalı xəbər verir ki, təşkilatçılar ekspedisiyanın son illər ərzində bu qəbildən ilk səyahət olacağına ümid edirlər: insan daşıyan batiskaflar “Titanik”in yanına son dəfə 2005-ci ildə, avtomatik batiskaflar isə 2012-ci ildə eniblər. Bununla yanaşı tur yalnız turistik deyil, elmi məqsəd daşıyır: kompaniya əsasən gəminin qalıqlarını skaner etmək və laynerin dəqiq üçölçülü modelini hazırlamaq istəyir.

Artıq “OceanGate” kompaniyasının rəqibləri də mövcuddur. Gələn il ABŞ və Böyük Britaniyadan olan azı iki kompaniya məşhur gəmiyə turlar təşkil etmək niyyətindədir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə