Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Uçuşa hazırlaşan təyyarə alışdı
Uçuşa hazırlaşan təyyarə alışdı
15 Aprel 2017 / 13:35 / Baxış sayı: 250
Font1 Font2 Font3 Font4

Tacikistanın “Somon Eyr” aviaşirkətinə məxsus təyyarədə alışma olub. Virtualaz.org “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, bu barədə laynerin sərnişinləri sosial şəbəkədə məlumat veriblər. Şahidlərdən birinin yazdığına görə, hadisə Düşənbədən Xucanda uçmalı olan təyyarədə baş verib.

“Siz bizim keçirdiyimiz dəhşəti təsəvvür etməzsiniz. Məsələ ondadır ki, biz 14 aprel reysi ilə də 18:00-da uçmalı idik, amma hansısa səbəblərə görə, reys 19:30-a qədər yubandı. Aeroportda daha yarım saat oturduq. 20:30-da bizi uçuşa apardılar. Ondan sonra təyyarə sürət yığdı və uçmağa başlayırdı ki, salondan gözlənilmədən yanıq qoxusu gəlməyə başladı. Sonra qoxu və tüstü bütün salona yayıldı”, – deyə qorxmuş sərnişin bildirir.

Bundan sonra təyyarənin sərnişinləri arasında təlaş yaranıb və insanlar qışqırmağa başlayıblar. Daha sonra  pilot təyyarəni saxlayıb.

Sərnişin bildirir ki, təyyarədə olanların əksəriyyəti – 120-dən çoxu gənclər olub və onlar beynəlxalq foruma gedirmişlər.

Təyyarənin mühərrikində nasazlıq yarandığı məlum olub. Sərnişin deyir ki, xoşbəxtlikdən təyyarə uçmağa başlamayıb. Əgər havaya qalxsaydı, partlaya bilərdi.

Sərnişinlər həm də “Somon Eyr” şirkətinin səhlənkarlığına və kobud münasibətinə qəzəbləniblər. Onlar deyirlər ki, aviasiya şirkətinin əməkdaşlara içməyə su belə verməyib və onları su almaq üçün də gözləmə zalından buraxmayıb.

“Bir gənc oğlanın halı pisləşmişdi. Çünki o, aeroportda 5 saat ac-susuz təyyarəni gözlədiyinə görə yorulmuşdu. Onu tibb məntəqəsinə apardılar və tibbi yardım edildi. Bizim çoxsaylı iradlarımızdan sonra ona su verdilər və iki saatdan sonra buterbrod gətirdilər. Biz aviabiletlərə təhlükəsizliyimizə zəmanət verildiyini düşünərək böyük məbləğdə pul ödəyirik. Bəlkə artıq köhnə təyyarələri ləğv etmək lazımdır?”, – deyə sərnişin sual edir.

Sosial şəbəkədə şərhlərdə başqa istifadəçilər də hadisə haqqında məlumatları təsdiq edirlər.

“Mənim bacım və qardaşım oğlu da təyyarənin içində idi. Onlar çox qorxublar”, — deyə Mədinə Pulatova qeyd edib.

Hələ ki, bu hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə