Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda avtomobillər kəskin bahalaşdı
Azərbaycanda avtomobillər kəskin bahalaşdı
15 Aprel 2017 / 13:49 / Baxış sayı: 652
Font1 Font2 Font3 Font4
“Azərbaycanda dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir”.
Bu haqda Modern.az-a məlumat verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, son 1 il ərzində ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım müşahidə edilir:
“2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə qiymət artımları 20-30 faiz arasında dəyişir”.
R.Osmanlı Azərbayacana idxal olunan avtomobillərin sayının kəskin azaldığını bildirib:
“2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2015-ci ilin göstəricilərilə müqayisədə isə indiki idxal 5-6 dəfə aşağıdır. Həm idxalın azalması, həm dolların çox sürətlə manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına da öz təsirini göstərib. Bu səbəbdən də qiymətlər artıb”.
O qeyd edib ki, baş verənlərin fonunda əhalinin alıcılıq qabiliyyəti də aşağı düşüb:
“Əvvəlki illərlə müqayisədə avtomobil alanların sayında da xeyli azalma müşahidə olunub. 2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80 faizini minik avtomobilləri təşkil edib. İndi isə bu rəqəm 10 min avtomobil ətrafında dəyişir. Bu o deməkdir ki, əvvəlki illərlə müqayisədə tələb 8-10 dəfə aşağı düşüb”.
Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə 1  136  983 minik avtomobili var.
Qeyd edək ki, ölkədə olan minik avtomobillərindən ilk beşliyi aşağıdakı kimi sıralanır.
 
1. “Mercedes”  193366 ədəd
2. “Hyundai”    62145 ədəd
3. “Toyota”       47282 ədəd
4. “Nissan”        32674 ədəd
5. “KİA”            31202 ədəd
Qiyməti 100 000 dollardan yuxarı olan avtomobillərdən Azərbaycanda 5484 Landrover, 324 Cadillac, 242 Jaguar, 104 Lincoln, 3 Chrysler avtomobili var.
Bundan başqa ölkəmizdə hələ də sovet dövrünün istehsalı olan avtomobillərə üstünlük verənlər də az deyil. Belə ki, hazırda Azərbaycanda 200 777 ədəd Vaz-2101, 03-06; 127 811 Vaz-2105, 2107;  26 440 Qaz-24;  25 170 Moskviç ; 5 944 Zaporojests var.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə