Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Avropa Birliyi bərbad vəziyyətdədir”
“Avropa Birliyi bərbad vəziyyətdədir”
29 Aprel 2013 / 21:46 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

“Avropa Birliyinə daxil olan ölkələrin hakimiyyətləri sərt qənaət tədbirlərinin tətbiqində çox uzağa getdi”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu barədə Avropa Parlamentinin sədri Martin Şults Belçikanın L’Echo qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, büdcə kəsirinin azaldılmasının investorların iqtisadiyyata etimadını artırması ilə bağlı arqument yalandır. “İqtisadiyyat yalnız artımı sürətləndirmək, həmçinin strateji sərmayələr üçün stimul olduqda bərpa olunur” – deyə, Şults qeyd edib.

Avropa Parlamentinin sədri KİV-lərin büdcə kəsirlərinin azaldılmasının ən qızğın tərəfdarlarından biri kimi qələmə verdikləri Almaniya kansleri Angela Merkelin müdafiəsinə qalxıb. Şultsun sözlərinə görə, yalnız Merkeli qınamaq düzgün deyil. Çünki Almaniyanın Avropa Birliyində cəmi bir səsi və digər 26 ölkə də qəbul edilən qərarlara görə məsuliyyəti bölüşməlidirlər.

Tuncay
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə