Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İranda daşqınlar nəticəsində ölənlərin sayı 35-ə yüksəlib
İranda daşqınlar nəticəsində ölənlərin sayı 35-ə yüksəlib
15 Aprel 2017 / 16:50 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4
İranın Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində sel nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.
APA-nın Tehran bürosunun məlumatına görə,  İranın şimal-qərbində baş vermiş təbii fəlakət nəticəsində daha bir neçə nəfər itkin düşüb.
Ölənlər Kirmanşah əyalətinin, Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərlərinin sakinidir.
İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.
Təbriz şəhərində də sel evlərə ziyan vurub.
İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.
Ölü və itkin sayının artacağı ehtimal olunur.
Qeyd edək ki, İranda güclü yağışlar nəticəsində bəzi çaylar məcrasından çıxıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə