Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Diqqət: Saxta ekskursiya bələdçiləri peyda olub – Video
Diqqət: Saxta ekskursiya bələdçiləri peyda olub – Video
15 Aprel 2017 / 21:53 / Baxış sayı: 412
Font1 Font2 Font3 Font4

Saxta ekskursiya bələdçiləri peyda olub. Onlar daha çox turistik yerlərdə turistlərlə birbaşa əlaqəyə girir və onlarla sövdələşmə aparırlar.

Xəzər xəbər-in məlumatına görə, Bunu Turizm Assosiasiyasının sədr müavini Müzəffər Ağakərimov bildirib.

Onun sözlərinə görə, sertifikatı olan bələdçilər 1 saat üçün 15-20 manat əmək haqqı istəyirlərsə, sertifikatsız bələdçilər 5-7 manatla turistləri özlərinə cəlb edirlər. Ümumiyyətlə isə, bu tip bələdçilərin fəaliyyəti ciddi problemlərə səbəb ola bilər.

Müzəffər Ağakərimov bildirib ki, bələdçilər Bakı Ekskursiya Bürosu və Azərbaycan Turizm və Menecment İnstitutu tərəfindən təşkil olunan kurslarda hazırlanır. Onlar xüsusi imtahanlara cəlb olunurlar və daha sonra bələdçi kimi fəaliyyət göstərmələri üçün icazə verilir.

Bələdçinin yetəri qədər savadı və məlumatı olmalıdır ki, gələn turistə ölkəmiz haqqında düzgün və dolğun məlumat çatdırsın. Yoxsa özbaşına fəaliyyət göstərmək ölkə prestijinə zərər verə bilər.

Müzəffər Ağakərimovun sözlərinə görə, belə bələdçilərlə mübarizə aparmaq üçün bəzi detallara fikir vermək lazımdır.

Hazırda ölkəmizdə sertifikatı olan 150-dən çox turizm rəhbəri, yəni bələdçi fəaliyyət göstərir.

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə