Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Evakuator maşınları ara küçələrdən də apara bilər-VİDEO
Evakuator maşınları ara küçələrdən də apara bilər-VİDEO
15 Aprel 2017 / 22:35 / Baxış sayı: 474
Font1 Font2 Font3 Font4

Bakının Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsinin sakinlləri iddia edir ki, bir aydan çoxdur şənbə və bazar günləri evakuatorlar həmin küçədə yol kənarında dayanmış avtomobilləri cərimə meydançasına aparır. Halbuki, sözügedən ərazidə heç bir dayanma və durmanı qadağan edən nişan yoxdur.

Sakinlər deyir ki, həyətləri olmadığından uzun illərdir avtomobillərini gecə-gündüz küçədə saxlayırlar. Amma bir aydan çoxdur gündüzlər növbəli şəkildə avtomobillərə keşik çəkirlər ki, evakuator aparmasın.

Çəkiliş zamanı sakinlərin dediyi yerdə dayanma və durmanı qadağan edən nişanın olmadığını biz də gördük. Nişan küçənin əvvəlində var ki, o da problemin yaşandığı əraziyə qədər olan hissədə qüvvədən düşür. Çünki həmin əraziyə qədər İsmayıl bəy Qutqaşınlı küçəsi bir neçə küçə ilə kəsişir.

Yol hərəkəti üzrə eksper Ərşad Hüseynov isə deyir ki, avtomobilin saxlanıldığı yerdən küçənin əks tərəfinə qədər olan məsafə 3 metrdən azdırsa, burda evakuator sürücüsü heç bir qanun pozuntusuna yol vermir. Çünki nişan az olduğundan ara küçələrə dayanma və durmanı qadağan edən nişanlar qoyulmur. Bunu bütün sürücülər bilməlidirlər ki, hərəkətin intensiv olduğu bəzi ara küçələr var ki, orda da avtomobili park etmək olmaz. (“Xəzər TV”)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə