Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

9-cu sinif şagirdləri imtahan verir
9-cu sinif şagirdləri imtahan verir
16 Aprel 2017 / 12:03 / Baxış sayı: 352
Font1 Font2 Font3 Font4

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, o cümlədən, eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən və ya üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanının 1-ci mərhələsində iştirak edə bilməyən şəxslər üçün imtahanlar keçirir.

DİM-dən virtualaz.org-a verilən xəbərə görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahanlar bütün binalarda eyni vaxtda saat 13:00-da başlanır. İmtahanda 7177 (Bakı şəhərində 1927, Naxçıvan şəhərində 511, Gəncə şəhərində 980, Sumqayıt şəhərində 334, Şəki şəhərində 313, Bərdə şəhərində 810, Göyçay şəhərində 400, Şirvan şəhərində 641, Lənkəran şəhərində 864, Xaçmaz şəhərində 397) namizədin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 47 imtahan rəhbəri, 546 nəzarətçi-müəllim ayrılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə