Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-da növbəti qarşıdurma-FOTOLAR
ABŞ-da növbəti qarşıdurma-FOTOLAR
16 Aprel 2017 / 13:07 / Baxış sayı: 404
Font1 Font2 Font3 Font4

Berkli şəhərində (Kaliforniya ştatı) ABŞ prezidenti Donald Trampın tərəfdarları və əleyhdarları arasında toqquşma olub.

“East Bay Times” qəzetinin yaydığı məlumata görə, hüquq mühafizə orqanları azı 15 nəfəri saxlayıb.

Qarşıdurma Trampdan vergi bəyannaməsinin dərc olunmasını tələb edənlərin yürüşü zamanı baş verib.

Prezident ödədiyi vergilər barədə məlumatları açıqlayacağını dəfələrlə vəd etsə də, bunu indiyədək etməyib.

Nümayiş zamanı Trampın tərəfdarları və əleyhdarları arasında qarşıdurma yaşanıb. Bir neçə nəfərin yaralandığı bildirilir.

CNN telekanalının məlumatına görə, bu gün Birləşmiş Ştatların 150-dən çox şəhərində, o cümlədən Vaşinqton, Nyu-York, Çikaqo, Filadelfiya, San-Fransisko, Los-Anceles və Bostonda Trampın ödədiyi vergilərə dair hesabat verməsi tələbi ilə aksiyalar keçiriləcək. (AzərTAc)

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə