Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan səfiri Obamanı tənqid etdi, Trampı təriflədi
Azərbaycan səfiri Obamanı tənqid etdi, Trampı təriflədi
16 Aprel 2017 / 13:25 / Baxış sayı: 544
Font1 Font2 Font3 Font4

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov İsrailin “The Jerusalem Post” qəzetinə müsahibə verib və ərəb-İsrail sammiti ideyasından, Bakının Amerikanın əvvəlki və indiki administrasiyalarına münasibətindən, digər mövzulardan danışıb.

Virtualaz.org xəbər verir ki, səfir müsahibədə ABŞ-ın rəhbərliyi ilə panərəb-İsrail sammitinin keçirilməsi ideyasını dəstəkləyib, Bakının bu sammitin baş tutması üçün əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu deyib.

Qəzet yazır ki, Fələstin administrasiyasının liderlərinin, İsrailin baş nazirinin, Fars körfəzi və Yaxın Şərq ölkələrinin dövlət başçılarının iştirakı ilə sammitin keçirilməsi ideyasını Tramp administrasiyası nəzərdən keçirir. Bu sammit İsrail-Fələstin münaqişəsinin həlli yollarının axtarılması məqsədini daşımalıdır. Hələlik bu təşəbbüsü İsrail və İordaniya dəstkləyib, bir şərtlə ki, İsrail işğal altındakı Fələstin ərazilərində yaşayış məskənlərinin tikintisini dayandırsın.

Elin Süleymanov deyib ki, Azərbaycan İsrailin müttəfiqi və müsəlman ölkələri ilə isti diplomatik münasibətlərə malik olan tərəf kimi özünün bu təşəbbüsün potensial dəstəkçisi kimi görür. Hərçənd Bakının İsrail-ərəb danışıqlarında vasitəçilik imkanları geniş deyil. “Lakin Tramp administrasiyasının irəli sürdüyü bu regional sammit ideyası əladır”-səfir deyib.

Süleymanov Tramp haqda müsbət fikirlər deyib və bildirib ki, o, əvvəlki administrasiyaların rəhbərlərindən fərqlənir. Səfirə görə Tramp Barak Obamaya nisbətən daha praktik fiqurdur və deməli o, sülh prosesi üçün daha münasib mühit yarada bilər.

“Əvvəlki administrasiya bir qədər ideoloji idi. Və son səkkiz ildə bizim münasibətlərimiz heç də ən yaxşı dövrlərini yaşamadı”-Süleymanov şikayətlənib. Bununla belə o,Amerika-Azərbaycan münasibətlərini “strateji tərəfdaşlı” kimi xarakterizə edib. Səfir deyib ki, əvvəlki administrasiyanın öz ideyalarını başqalarına sırımaq cəhdləri işə yaramırdı. “Bu yanaşma işləmir, bu, reallıqdır. Və öz baxışlarını başqalarına sırımaq heç vaxt işləmir”-səfir deyib.

Səfir İsrailin Azərbaycanla münasibətlərini də strateji tərəfdaşlıq kimi xarakterizə edib və iki ölkənin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsi haqda danışıb. Bildirib ki, İsrail Azərbaycanın ərazi bütövüyünü dəstəkləyir, Qarabağ məsələsində Bakının haqlı mövqeyini əsasən müdafiə edir. Və bu, yaxşı haldır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə