Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yasamaldakı ağac qətliamından icra başçısı xəbərdar idi – EKSPERT
Yasamaldakı ağac qətliamından icra başçısı xəbərdar idi – EKSPERT
16 Aprel 2017 / 16:54 / Baxış sayı: 1848
Font1 Font2 Font3 Font4
“Mən tam əminəm ki, Yasamal icra başçısı İbrahim Mehdiyev prezidentin etirazına səbəb olan həmin 54 ağacın kökündən qopaldılmasından xəbərdar idi. “Ovçular evi” ilə Yasamal İcra Hakimiyyətinin binası arasında cəmi 30-40 metrlik məsafə var. Ağac qətliamını sürətlə həyata keçiriblər”.
“Qaynar” xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl bu haqda məsələ gündəmə gələndə icra hakiminin müavinlərindən biri yalandan demişdi ki, “Ovçular evi”nin ətrafında ağac yoxdur: “Bu açıqlamanı ona görə vermişdilər ki, əlbir olduqları işbazlar ağacları rahat kəsib tikintiyə başlasınlar. Prezidentin bugünkü bəyanatı olmasaydı, belə də olacaqdı. Ancaq məsələ hələ bitməyib. Yenə də təkrar edirəm “Ovçular evi”nin yeri bahalı torpaq sahəsidir, şəhərin hündür yerlərindəndir və tikinti üçün böyük pullar (oxu: rüşvət) verilib. İndi prezidentin təlimatıyla tikinti dayandırıldıqdan sonra iki variant qalır: ya verilən pullar geri qaytarılmalıdır, ya da həmin tikinti şirkətinə başqa ərazi verilməlidir. Adətən rüşvəti alan onu geri qaytarmır, ancaq rüşvəti verən də pulundan imtina edən deyil. Hazırda tərəflər qapalı otaqlarda gələcək “sövdələşmənin” detallarını müzakirə edirlər”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.
Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.
Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.
Ölkəmizdə yaşıllıqların salınması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, qanunsuz ağac kəsilmələrinə qarşı müxtəlif tədbirlər aparılması, ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq, mövcud yaşıllıqların məhv edilməsi, ağacların qanunsuz kəsilməsi təbii ki yolverilməzdir.
Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu bildirib:
Prezident İlham Əliyevin ağackəsimi ilə bağlı çıxışından sitat (13 aprel 2014, Nazirlər Kabinetinin iclası, yekun nitqi):
“Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm.
Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.
Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə