Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

187 azərbaycanlı edam edildi – ŞOK
187 azərbaycanlı edam edildi – ŞOK
16 Aprel 2017 / 20:36 / Baxış sayı: 1818
Font1 Font2 Font3 Font4
İrandakı Azərbaycan xalqının hüquqları üzrə assosiasiya əsasən etnik azərbaycanlıların çoxluq təşkil etdikləri şəhərlərdə ölüm cəzasının tətbiqi haqda məruzə dərc edib.
“Bizimxeber” virtualaz.org-a istinadən xəbər verir ki, assosiasiyanın hüquq müdafiəçiləri narahatlıqla qeyd edirlər ki, Azərbaycan şəhərlərində ölüm hökmlərinin sayı çox sürətli templə artır. Belə ki, 2015-ci ilin oktyabrından 2016-cı ilin oktyabrınadək İranda bütovlükdə 588 insan edam edilibsə, onlardan 187-si Azərbaycan əyalətlərindən olanlar olub.
Onlardan yarısı narkotiklərlə bağlı cinayətlərə, dörddə biri zinalara və qalanları siyasi fikirlərə və təhlükəsizlik məsələlərinə görə ölüm cəzasına məhkum ediliblər.
İranda edam edilmiş hər on adamdan biri Qərbi Azərbaycan əyalətinin sakinidir. Ölüm hökmlərinin yayılma dərəcəsi üzrə sonrakı yerlərdə Şərqi Azərbaycan (8%) Ərdəbil (7%), Qəzvin (6%), Zəncan və Həmədan gedir.
Hüquq müdafiəçiləri, həmçinin narahatdırlar ki, rəsmi məlumatlarda ölüm cəzasının yalnız az bir hissəsi əksini tapır. Onların fikrincə, reallıqda edam olunanların sayı rəsmi mənbələrdə göstərilənlərdən dəfələrlə çoxdur.
Hüquq müdafiəçiləri Azərbaycan şəhərlərində edamların sayının artmasına görə həm də o səbəbdən narahatdırlar ki, hakimlərin qərarları çox vaxt törədilən cinayətlərə adekvat olmur.
Sonda qurum İranda edam edilmiş etnik azərbaycanlıların uzun siyahısını təqdim edib və vurğulayıb ki, hələlik yalnız onların adlarını dəqiqləşdirə bilib.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə