Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yalnız qadınlar üçün avtobus
Yalnız qadınlar üçün avtobus
29 Aprel 2013 / 18:55 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Misirin iri şəhərlərində geniş yayılmış cinsi istismarın qarşısını almaq üçün ölkədəki partiyalardan biri maraqlı təklif edib.

Qadınlara qarşı cinsi istismarla mübarizə aparmaq məqsədilə “yalnız qadınlar üçün” olan avtobuslar təqdim edilib.

“Güclü Misir” adlı islamçı partiyalardan birinin irəli sürdüyü təşəbbüs təcrübə mərhələsindədir və yalnız iki məkanda – Qahirə və Monufiya universitetlərinin qarşısında tətbiq olunur.

Misirin yuxarıda adı çəkilən iki universitetinin tələbələri arasında keçirilən sorğunun nəticələrinə əsasən, qadınların 68 faizi kütləvi nəqliyyat vasitələrində fiziki istismara məruz qalır.

Qeyd edək ki, Misirdə ilk “yalnız qadınlar üçün taksilər” 2011-ci ilin iyulunda təqdim edilmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə